Dr. Elçin Əlizadə ümumi cərrahiyyə üzrə uzman həkimdir. Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində ali tibb təhsili almış, daha sonra İstanbul Universitetinin İstanbul Tıp Fakültəsində Ümumi Cərrahiyyə üzrə uzmanlıq təhsilini tamamlamışdır.
Peşəkar fəaliyyəti ümumi, laparoskopik, bariatrik və onkoloji cərrahiyyənin müxtəlif istiqamətlərini əhatə edir. Bariatrik əməliyyatlar, qalxanabənzər vəzi, süd vəzi, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, mədə və bağırsaq xəstəliklərinin cərrahi müalicəsi onun əsas fəaliyyət sahələri sırasındadır. Eyni zamanda qarın yırtıqları, diafraqma yırtığı, reflüks və anorektal xəstəliklərin açıq, laparoskopik və lazer üsulları ilə müalicəsini həyata keçirir.
Dr. Elçin Əlizadə klinik fəaliyyəti ilə yanaşı elmi və akademik fəaliyyətə də önəm verir, ümumi və onkoloji cərrahiyyə sahəsində bir sıra elmi araşdırma və məqalələrdə iştirak etmişdir. Müxtəlif beynəlxalq və regional cərrahiyyə konqresləri, elmi toplantılar və ixtisasartırma kurslarında iştirak edərək peşəkar bilik və təcrübəsini davamlı şəkildə inkişaf etdirir.
O, Türk Kolon Rektum Cərrahi Dərnəyinin və Türk Hepatopankreatobiliyar Cərrahi Dərnəyinin üzvü, Azərbaycan Hepatopankreatobiliyar Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin üzvü və Azərbaycan Hernia Cəmiyyətinin sədridir.
Tibbi yanaşma
Dr. Elçin Əlizadə pasiyentin fərdi vəziyyətinin düzgün qiymətləndirilməsinə, dəqiq diaqnostikaya və uyğun müalicə metodunun seçilməsinə xüsusi önəm verir. Müalicə prosesində müasir cərrahi üsullardan və minimal invaziv yanaşmalardan istifadə etməklə pasiyent üçün təhlükəsiz və effektiv nəticənin əldə olunması əsas məqsəddir.